logo
First slide

"Qarabağ"ın potensial rəqibində koronavirus aşkarlandı

08 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın potensial rəqiblərindən olan Xorvatiyanın "Dinamo" klubunun bir futbolçusu koronavirusa yoluxub. 

Zaqreb təmsilçisi həmin şəxsin adını açıqlamayıb. "Dinamo" oyunçuların və məşqçilər heyətinin karantinə alınmasına ehtiyac olmadığını bildirib. 

Zaqreb təmsilçisi III təsnifat mərhələsində Macarıstan çempionu "Ferentsvaroş"u mübarizədən kənarlaşdıracağı təqdirdə, növbəti raundda "Qarabağ" - "Molde" (Norveç) cütünün qalibi ilə qarşılaşacaq. 

Pley-off mərhələsinin ilk matçları 22-23 sentyabrda, cavab qarşılaşmaları 29-30 sentyabrda oynanılacaq. III təsnifat mərhələsinin görüşləri isə 15-16 sentyabrda gerçəkləşəcək.

Report

Oxşar xəbərlər
OTACI
OTACI