Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Toy və nişan mərasimlərinin keçirilməsi ilə bağlı AÇIQLAMA

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Düşünürəm ki, yoluxma sayında davam edən hazırki müsbət dimanika, eləcə də insanların virusla mübarizədə daha bilikli və ehtiyatlı davranması müəyyən qaydalar çərçivəsində toy və nişan mərasimlərinin keçirilməsi məsələsini gündəmə gətirilə bilər. Əlbəttə ki, yeni qaydalarla birlikdə nəzarət mexanizmlərinin də qurulması şərti ilə”.

Press.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov deyib.

R.Mahmudovun sözlərinə görə, bu barədə son qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ümumi gedişat analiz edildikdən sonra veriləcək:

"Ümumiyyətlə hesab edirəm ki, payız aylarından sonra COVID-19 virusunun insanlarda yaratdığı qorxu getdikcə azalacaq. Çünki təcrübə göstərdi ki, dünyada tətbiq edilən karantin rejimləri tibbi fayda yanında, sosial, iqtisadi və psixoloji çətinlikləri ön plana çəkdi. Amma bizlər vətəndaş olaraq ehtiyatlı olmağa davam etməli, tez-tez əllərimizi yumalı, maska taxmalı və sosial məsafə saxlamağı unutmamalıyıq”.

Pravda.az 

Oxşar xəbərlər
OTACI