Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Oyunumuz rəqibimizin gücündən asılıdır" - De Byazi

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Biz əvvəlki oyunda Lüksemburqa uduzduq. İstəyirik ki, sabah yaxşı çıxış edib vəziyyəti dəyişək. Oyuna ciddi yanaşırıq".

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının 2-ci turunda Kiprlə oyunu öncəsi mətbuat konfransında deyib.

O, bildirib ki, sabah havanın isti olması ciddi problem yaratmayacaq: "Düzdür, müəyyən çətinliklər ola bilər. Amma sabah komandamdan yaxşı oyun gözləyirəm. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

64 yaşlı mütəxəssisin sözlərinə görə, komanda vaxt keçdikcə inkişaf edəcək: "Çünki yaxşı oyunçularımız var. Futbolçularıma inanıram. Mənim üçün elə də çətin vəziyyət deyil. Məğlubiyyətdən sonra daha çox qələbə istəyi olur. Futbolçular öz yaxınlarını, azarkeşlərimizi sevindirmək istəyəcəklər. İlk dəqiqədən sonadək inamlı oynayacaqlar".

De Byazi Azərbaycan klublarının avrokuboklarda Kiprdə uğurlu nəticələr qazanmasından məmnun olduğunu deyib: "Amma bunlar keçmişdə qalıb. İndi əsas sabahkı matçdır. İlk oyunumuzun nəticəsi ürəkaçan olmasa da, sabah futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparacaqlar".

Təcrübəli mütəxəssis kapitanlıq sarğısının Maksim Medvedevdən alınıb Qara Qarayevə verilməsi xəbərinə də aydınlıq gətirib: "Hər iki oyunçuya böyük hörmətim var. Qəzet və saytlarda cürbəcür fantaziyalar yazılır. Lüksemburqla oyundan sonra guya kapitanımızın sevindiyi bildirilib. Amma bu belə deyil. Bizə meydana sakit başla çıxmaq və uğurlu nəticə qazanmaq lazımdır".

Baş məşqçi Lüksemburqla matça müdafiə futbolu oynamaq üçün çıxmadıqlarını vurğulayıb: "İlk oyunda azlıqda qaldıqdan sonra taktiki dəyişiklər etməyə məcbur olduq. Açığı, hücum futbolu oynamaq istəyirdik. Oyunumuz rəqibimizin gücündən asılıdır. Qırmızı vərəqə və penalti olmasaydı, hər şey fərqli bitə bilərdi"

Report

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI