Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hikmət Hacıyev: “Erməni lobbisi hədəflərinə nail ola bilmədi”

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tovuz döyüşləri sərhəddə baş verən adi hadisə deyildi, bu, öncədən planlaşdırılan, genişmiqyaslı strateji məqsədləri güdən plan idi. Bu planın qarşısını da Azərbaycan-Türkiyə qardaşlığı, birgə əzmimiz aldı”.

Bunu Türkiyədə səfərdə olan  Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Haber Global”ın efirində deyib.  

H.Hacıyev bildirib ki, erməni lobbisi Tovuz döyüşlərindən sonra özlərinə tərəfdar toplamaq üçün hədəflərinə nail ola bilməyib.

Prezidentin köməkçisi söyləyib ki, erməni lobbisinin Azərbaycana və Türkiyəyə qarşı dezinformasiyaları davam edir.

O, bu ilin avqustunda Azərbaycanla Türkiyənin birgə hərbi təlimlərindən də danışıb.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bu təlimlərin əsas məqsədi regionda sülhün, sabitliyin təmin olunmasıdır.

Oxşar xəbərlər
OTACI