logo
First slide

Şəhid qardaşı: Hər bir gənc şəhidlərimizin qanını almaq amalı ilə yaşamalıdır

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hər bir Azərbaycan gənci şəhidlərimizin qanını almaq amalı ilə yaşamalıdır.

Bunu açıqlamasında erməni silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olan gizir İlqar Zeynallının qardaşı Sənan Zeynallı deyib.

Şəhid qardaşı bildirib ki, hər birimiz düşməndən şəhidlərimizin qisasını birə-beş almalıyıq: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim qardaşım da vətən üçün canından keçərək şəhidlik zirvəsinə ucaldı. Qardaşım İlqar məndən 1 yaş kiçik idi. Bu gün mənim yalnız bir amalım var, qardaşımın və bütün şəhidlərimizin qisasını almaq. Biz ölmək üçün yox, öldürmək üçün yaşamalıyıq. Azərbaycan tarixən qəhrəmanlar yetişdirib və bu gün də yetişməkdədir. Bu gün bizim gənclərimiz hər an qisas üçün yaşamalıdır. Gənc nəsil daha vətənpərvər, daha güclü böyüməlidir. Vətən hər birimizindir, torpaq hər birimiz üçün müqəddəsdir. İstənilən an biz döyüşə hazırıq və Ali Baş Komandandan döyüş əmri gözləyirik. Gənclər öz vətənpərvərliyini nümayiş etdirməli, özündən kiçiklərə örnək olmalıdır. Azərbaycan gəncinə inamım böyükdür. İnanıram ki, qardaşımla bərabər, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan hər bir şəhidin qanı yerdə qalmayacaq".

S.Zeynallı deyir ki, qardaşı şəhid olan gündən bu vaxta qədər evləri ziyarət yerinə çevrilib: "Bu gün də hamı bizim evi şəhid ocağı kimi ziyarət edir, qardaşımın qəhrəmanlıqlarını öyrənirlər. Məktəblilər, tələbələr, kənd sakinləri demək olar ki, hər gün bizim ailə ilə əlaqə saxlayır. Rayon rəhbərliyi, millət vəkillərimiz mütəmadi olaraq bizimlə, problemlərimizlə maraqlanırlar. Bu, bizi həqiqətən fərəhləndirir. Ona görə fəxr edirik ki, dövlətimiz, xalqımız, ziyalılarımız bizi yaddan çıxarmır, bizim problemlərimizi diqqətdə saxlayırlar".

Trend

Oxşar xəbərlər
OTACI
OTACI