Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranlı əczaçılardan xəbərdarlıq - Ölkəni “dərman qıtlığı" gözləyir

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranda əczaçılar və dərman idxalçıları ölkənin Səhiyyə naziri Səid Nəmakini ilə görüş keçirib.

Onlar qeyd edib ki, dərman idxalı üçün valyuta təmin edilməzsə, vəziyyət kritik olacaq və ölkə dərman çatışmazlığı ilə üzləşəcək.

Bildirilib ki, hazırda İranda dərman çatışmazlığı bir neçə aydır hiss olunur. Diabet xəstələri insulin axtarır. Böyrək xəstələri də eyni vəziyyətdədir; “Cellcept” tabletləri apteklərdə mövcud deyil və yerli istehsal da xəstələrin ehtiyaclarını ödəmir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin rəsmi saytının məlumatına görə, bu il sentyabr ayının əvvəlinədək hökumət dərman və tibbi avadanlıqların ölkəyə idxalı məqsədilə 969 milyon dollar vəsait ayırıb. Bu da bir il əvvəlki dövrlə müqayisədə 43 faiz azdır. Ölkəyə dərman idxalı məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitin azalması bu ilin may ayının əvvəlindən hökumətin gündəliyindədir.

Oxşar xəbərlər
OTACI