logo
First slide

Polis onu söyən qonşusunu güllələdi

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi dünən Bərdə rayonunda bir nəfərin qonşusu tərəfindən topuğundan güllələnməsi haqda məlumat yayıb.

Belə ki, sentyabrın 6-da Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində kənd sakini Yusif Kərimov onu söyən qonşusu Aftandil Əliyevə tüfəngdən açdığı atəşlə topuq nahiyəsinə xəsarət yetirib. Y.Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan lüləsi və qundağı kəsilmiş “İJ” markalı ov tüfəngi götürülüb.

Hadisəni törədən Yusif Kərimov Tərtər rayon Polis Şöbəsinin əməkdaşıdır.

Qafqazinfo

Oxşar xəbərlər
OTACI
OTACI