Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Metronun bağlı saxlanılması..." - Şöbə müdiri AÇIQLADI

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov Milli.Az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan bütün ictimai nəqliyyatda, insanların çox sıxlaşdığı yerlərdə maskaları tətbiq edəndə əksər ölkələr, heç ÜST demirdi ki, maskaya ehtiyac var:

"Hər bir ölkənin əhalisinin xüsusiyyətləri, coğrafi xüsusiyyətlər, insanların davranış tərzi, ictimai nəqliyyatın formatı və tətbiqi, elektron imkanlar, bütün bunlardan asılı olaraq hər bir ölkənin özünə məxsus COVİD-lə mübarizə strategiyası olmalıdır və var. Amerikada tətbiq olunanı Azərbaycanda tətbiq etmək də olar, etməmək də. Məsləhət ola bilər, eyni ilə İsveçin etdiyini Azərbaycan etməyə də bilər və etməməlidir və yaxud tərsinə. Hər bir ölkə özünün xüsusiyyətlərinə uyğun strategiya seçməlidir, amma bütün hallarda Azərbaycan və digər ölkələr qonşu ölkələrin təcrübəsinə diqqət yetirir, elmi tədqiqatların son nəticələrini analiz edir, epidemioloji vəziyyəti gündəlik olaraq təhlil edir və onun əsasında öz çıxarışlarını edir.

ÜST bunu indi deyir

Misal üçün, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda deyir ki, karantinlərin milli səviyyədə tətbiqi çox da tövsiyə olunmur, amma demir ki, etməyin. Deyir "tövsiyə olunmur", çünki iqtisadi, humanitar, sosial fəsadları çoxdur, nəinki hansısa bir coğrafi ərazinin - şəhərdə, kənddə, qəsəbədə və yaxud hansısa bir müəssisənin ətrafında lokal (məhdud) karantin. Amma Azərbaycan bunu artıq neçə aydır tətbiq edir, ÜST bunu indi deyir. Digər tərəfdən, Azərbaycan bütün ictimai nəqliyyatda, küçələrdə, hətta insanların çox sıxlaşdığı yerlərdə maskaları tətbiq edəndə, məktəbləri bağlayanda əksər ölkələr, heç ÜST və digər mötəbər qurumlar demirdi ki, maskaya ehtiyac var, hamı tərəfindən taxılmalıdır və s. Bizim ölkə rəhbəriyi, səhiyyə qurumları, mütəxəssislərimiz bütün hər şeyi ələk-vələk edib, bütün prosesləri təhlil edib, indiyə qədər çox düzgün qərarlar çıxarılıbdır, hazırlıq işləri yüksək səviyyədə olubdur və eynilə də bizim ölkədə insanların sağlamlığı daimi birinci yerdə tutulubdur, iqtisadi və digər məsələlər ikinci olaraq nəzərdə saxlanılıbdır. Ona görə də bizdə rayonlararası hərəkətin mümkün qədər məhdudlaşdırılması üçün tədbirlər görüldü, xüsusilə də Bakıdan rayonlara. Baxmayaraq ki, daha tez gediş-gəlişi digər ölkələrin təcrübəsini nəzərə alaraq açmaq ola bilərdi, amma yenə də bizdə insanların sağlamlığı daha üstün tutulub və riskə gedilməyibdir. 

Bir nəfər Bakıdan gedib Kürdəmirdə nə qədər adamın yoluxmasına səbəb oldu

Məktəblərin açılması ilə bağlı qərar yenə də məhdudiyyətlərlə qəbul olunubdur. O da ki yenə baxılacaqdır ki, hansı nəticələrə gətirib çıxara bilər. Eynilə də yas mərasimlərinin, toyların, digər şadlıq mərasimlərinin keçirilməsinə məhdudiyyətlər hələ də davam edir. Bu da bilirsiniz ki, avqust ayında bir nəfər Bakıdan gedib Kürdəmirdə nə qədər adamın yoluxmasına səbəb olmuşdu. Ona görə, hazırda Azərbaycanda tətbiq olunan strategiya bizə nəinki imkan verdi ki, may-iyun ayında artımın qarşısını alaq və 8 mindən yuxarı olan aktiv koronavirus xəstəsinin sayı artıq Azərbaycanda son bir həftədə yalnız 1700-2000-ə yaxındır və ondan yüksək də artım baş vermir.

Ölkə payıza, qışa hazırdır

Ağır xəstələrimizin sayı çox azdır, reanimasiyada "koyka"larımızın əksəriyyəti, demək olar ki, boşdur və üstəgəl, bu, bizə imkan verdi ki, ciddi hazırlıq işləri görülsün. Ölkə payıza, qışa hazırdır. Ona görə də bütün ölkələrdə olduğu kimi Azərbaycan da bütün bunların hamısını göz qabağına alır ki, payızda qrip xəstəlikləri artacaq, respirator-sensiotal viruslar, digər koronavirus infeksiyaları artacaqdır. Bu da səhiyyə sisteminin əlavə olaraq yüklənməsinə gətirib çıxaracaq. 

Metronun bağlı saxlanılması buna xidmət edir

Artıq tədqiqatlar göstərir ki, retrospektiv təhlillər aparılıbdır ki, yanvar-fevral aylarında COVİD 19-a yoluxmuş xəstələrin 20%-də yanaşı qrip və odonavirus aşkarlanıb və həmin xəstələr bu xəstəliyi daha ağır keçiribdir. Ona görə də bütün bunlar hamısı bizim mütəxəssislər tərəfindən, həm Səhiyyə Nazirliyi, həm TƏBİB tərəfindən tam şəkildə təhlil olunub. Bütün çıxarılan qərarlar çox ehtiyatla, çox tarazlaşdırılmış şəkildə çıxarılıb. Metronun da bağlı saxlanılması buna xidmət edir, ictimai nəqliyyatın şənbə-bazar bağlı olması da buna xidmət edir. Son tədqiqatlar göstərir ki, ən çox yoluxmalar qapalı yerlərdə baş verir. Yoluxmalar ən çox insanların uzun müddət bir yerdə qapalı qaldıqları məkanlarda - avtobuslar, metrolar, liftlər və s. yerlərdə baş verir. İstərdim ki, burada oxucular özləri üçün vacib bir məqamı ayırd etsinlər ki, 8 min aktiv koronavirus xəstəsi olan ölkədəki tədbirlər 2 min, min koronavirus xəstəsi olan ölkədəki tədbirlərdən fərqlənir, mütləq fərqlənməlidir.

Hazırda infeksiya kontroldadır

Bəzən sual verirlər ki, "niyə onda açmırdınız, indi açırsınız?", "niyə onda yumşaltmırdınız, indi yumşaltdınız?" Çünki 8 min aktiv COVİD xəstəsi olan yerdə yoluxma daha ciddi şəkildə arta bilər, amma min nəfər olan yerdə yoluxma daha az artır. Yəni, bunu insanlar bilməlidir. Çünki bu deməkdir ki, 8 min olan yerdə istənilən yüz adamı götürsəniz, onun içindən bir nəfərin aktiv koronavirus xəstəsi olma ehtimalı daha çoxdur, nəinki min nəfərin içindən yüz insanı seçsəniz, onların içində koronavirus xəstəsi olmaya da bilər. Amma çox aktiv COVİD xəstəsi olan zaman istənilən 100 nəfər içində rayona gedən və yaxud dənizə gedən aktiv koronavirus xəstəsi ola bilər. Yəni, bütün bunlar hamısı tarazlaşdırılmalıdır, epidemioloji vəziyyət nəzərə alınmaqla Azərbaycanda tədbirlər görülür. Operativ Qərargahın bütün gördüyü tədbirlər, qəbul etdiyi qərarlar hamısı balanslaşdırılmışdır və hesab edirəm ki, bu, bizə imkan verdi ki, yolxuma sayı nəinki artmasın, kəskin azalsın və hazırda infeksiya kontroldadır". 

Oxşar xəbərlər
OTACI