Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda bəzi şəxslər üçün gəlir vergisindən azadolma məbləği artırılır

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda daimi qulluq tələb edən uşağa və yaxud I dərəcə əlilliyi olan şəxsə baxan və onunla birlikdə yaşayan valideynlərdən (o cümlədən övladlığa götürən şəxslərdən) birinin, (özlərinin istəyi ilə), arvadın (ərin), himayəçisinin və qəyyumun hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinin 200 manat məbləğində azaldılması təklif olunur.

Press.az xəbər verir ki, bu, Milli Məclisə daxil olmuş “Vergi Məcəlləsində dəyişiklik edilməsi” haqqında qanun layihəsində öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan qanuna görə, azadolma məbləği 100 manatdır.

Oxşar xəbərlər
OTACI