Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır - Deputatlar nəyi müzakirə edəcək?

07 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində ilk komitə iclası keçirilcək.

Press.az xəbər verir ki, bu barədə Oxu.Az-a Milli Məclisin Elm və təhsil komitəsinin üzvü İsa Həbibbəyli məlumat verib.

Deputat qeyd edib ki, iclasda Elm və təhsil komitəsinin payız sessiyası üçün gündəliyi müzakirə olunacaq.

Onun sözlərinə görə, bir sıra qanunlara əlavə və düzəlişlər nəzərdə tutulub.

“Elm və təhsil komitəsinin payız sessiyası üçün prioriteti “Ali məktəb haqqında” qanun layihəsinin qəbul edilməsidir”,- deyə İ.Həbibbəyli əlavə edib.

Parlamentari xatırladıb ki, “Ali məktəb haqqında” qanun layihəsinin hazırlanmasına Milli Məclisin beşinci çağırışında başlanılmışdı.

“Ancaq o sənəd başlanğıc mərhələdə idi. Yəqin ki, bundan sonra həmin qanun layihəsi əsaslı şəkildə yenilənəcək. Bu, bizim üzərimizə düşən vəzifədir”.

Qeyd edək ki, Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlanır və dekabrın 30-dək davam edir.

Oxşar xəbərlər
OTACI