logo
First slide

Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

06 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

Press.az xəbər verir ki, hazırda xəstələrin 130-u reanimasiyadadır.

Məlumata görə, 11 xəstə isə süni tənəffüs cihazına qoşulub. Hazırda ümumilikdə 2 076 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Qeyd edək ki, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 137 yeni yoluxma qeydə alınıb, 140 nəfər müalicə olunaraq sağalıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, ötən müddət ərzində isə ümumilikdə 963 104 test aparılıb.

Oxşar xəbərlər
OTACI
OTACI