Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan Yunanıstana qarşı sərt ritorika ilə çıxış edib

06 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şənbə günü Yunanıstana ya Aralıq dənizindəki ərazi iddiaları ilə bağlı danışıqlara daxil olmağa ya da nəticələri ilə üzləşməyə hazır olmaq barədə xəbərdarlıq edib.

"Onlar ya siyasət və diplomatiya dilindən anlayacaqlar, ya da ağrılı təcrübələrlə," deyə İstanbulda bir xəstəxananın açılış mərasimində iştirak edən Ərdoğan bildirib.

Ankara hazırda Yunanıstan və Kiprlə Aralıq Dənizində neft və qaz axtarışı haqları ilə bağlı toqquşma yaşayır. Bütün tərəflər regiondakı iddialarını müdafiə etmək üçün əraziyə dəniz və hava qüvvələri yerləşdirib.

"Onlar Türkiyənin zorla tətbiq olunan xəritələr və sənədləri yırtmağa siyasi, iqtisadi və hərbi gücünün olduğunu dərk edəcəklər," Ərdoğan Yunanıstan və Kiprin iqtisadi zonaları kimi müəyyən etdiyi ərazilərə istinadən bildirib.

O, Türkiyənin "hər bir ehtimala və nəticəyə" hazır olduğunu vurğulayıb.

Bu arada isə Türkiyə mətbuatı Yunanıstan sərhədinə yaxın tankların yaxınlaşdığını bildirib. Cumhuriyet qəzeti xəbər verib ki, Suriya sərhədindən Türkiyənin şimal-qərbində yerləşən Edirnəyə 40 tank gətirilir. Qəzetdə həmçinin yük maşınlarına zirehli maşınların yerləşdirildiyini göstərən şəkillər dərc olunub.

Lakin tankların sərhədə yerləşdirildiyi rəsmi olaraq təsqilənməyib.

Ərdoğanın bu sözləri NATO-nun Yunanıstan və Türkiyədən ordu zabitlərinin silahlı münaqişə və ya qəza riskini azaltmaq üçün texniki danışıqlara başladığnı deməsindən sonraya təsadüf edib.

İki NATO müttəfiq ölkəsi həftələrdir Aralıq dənizinin şərqində gərgin qarşıdrurma yaşayır. Türkiyə Yunanıstanın kontinental şelfi olaraq gördüyü ərazidə enerji yatağı kəşf etmək istəyir.

Ankara orada axtarış aparmağa haqqının olduğunu deyir və rəsmi Afinanı dəniz ehtiyarlarından haqsız payı ələ keçirməkdə ittiham edir.

Yunanınstan və Türkiyənin döyüşçü təyyarələrinin pilotları arasında Egey və Aralıq Dənizi üzərində it davaları artıb. Türkiyə və Yunanıstan freqatları ötən həftə toqquşub və nəticədə Türkiyə freqatınıa kiçik zərərin dəydiyi bildirilir.

Ərdoğan Türkiyənin dəfələrlə ədalətli bir razılıq əldə etmək niyyətini dilə gətirib.

"Bizim sözümüz səmimidir. Problem ondan ibarətdir ki, qarşımızdakılar bizim haqlarımıza əhəmiyyət vermirlər," o deyib.

Türkiyə Aralıq Dənizinin şərqində çox sayda rəqiblə üzləşir. Belə ki, son həftələrdə Fransa, İtaliya və Birləşmiş Ərəb Əmirlikləri Yunanıstan və yaxud Kiprlə müharibə oyunlarına qoşulmaq üçün əraziyə qüvvələrini göndəriblər. Misir Afina ilə Aralıq Dənizində enerji axtarışına dair razılıq imzalayıb.

Yunanıstan və Kiprin üzv olduğu Avropa İttifaqı da Ankaraya "qeyri-qanuni" hərəkətlərinə görə sanksiya tətbiq edə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Bu həftə ABŞ Kiprə qarşı 33 illik silah embarqosunu yumşaltdığını elan edib.

Bu, Türkiyə ilə Yunanıstan arasında son onillərdə baş verən ən ciddi böhrandır. Qonşu ölkələr 1970-ci illərin ortalarından bəri üç dəfə müharibə astanasında olublar.

Oxşar xəbərlər
OTACI