Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıtda Türkiyə bayrağını endirməyə cəhd ediblər? - AÇIQLAMA

06 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə Sumqayıtda Türkiyə bayrağının endirilməsinə cəhd göstərilməsi ilə bağlə video yayımlanıb. 

İddia olunub ki, bayrağı Sumqayıt şəhər icra hakimiyyətinin əməkdaşları endirmək istəyib. 

AZXEBER.COM məsələni dəqiqləşdirmək üçün Sumqayıt İcra Hakimiyyətiylə əlaqə saxlayıb. 

İcra hakimiyyətindən verilən açıqlamanı təqdim edirik: 

"Sumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir. 

Şəhər icra hakimiyyəti tərəfindən belə bir tapşırıq verilməyib. 

Videoda əks olunan görüntünün araşdırılması zamanı məlum olub ki, ərazidə yaşayan vətəndaş tərəfindən bayrağın səliqəyə salınması istəyini başqa bir vətəndaş yanlış anlayıb və buna etirazını bildirib. 

Bu gün də həmin guşə və bayraqlar yerindədir. Azərbaycan bayrağı hər birimizin qürur, fəxarət mənbəyidir, o cümlədən qardaş Türkiyə bayrağı hər bir azərbaycanlı üçün eyni dəyəri ifadə edir”.

Oxşar xəbərlər
OTACI