Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

PKK Suriyanın bu şəhərindən qovuldu

06 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

PKK-nın Suriyanın Deyr əz-Zor bölgəsindəki qruplaşması yerli qəbilələrin üsyanından və terrorçu liderlərə qarşı sui-qəsdlərin artmasından sonra bölgədən qaçmağa başlayıb.

Press.az Axar.az-a istinadən xəbər verir ki, terroçuların bir neçə qəbilə üzvünü öldürməsindən sonra yerli camaat bölgədəki PKK liderlərinə qarşı sui-qəsdlər təşkil ediblər.

Artan sui-qəsdlərdən sonra terrorçular çıxış yolunu bölgədən getməkdə görüblər. Qruplaşmanın əl-Əkidət qəbiləsinin yaşadığı Şüheyl rayonundan tamamilə geri çəkildiyi, o cümlədən PKK-nın bölgədəki qərargahını bağlayaraq şəhəri tamamilə tərk etdiyi bildirilir.

Bölgədə yaşayanlar PKK-nın qaçmasını təntənəli şəkildə qeyd ediblər.

Oxşar xəbərlər
OTACI