logo
First slide

COVID-19 peyvəndi bu qiymətə SATILACAQ

06 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fransanın əczaçılıq korporasiyası "Sanofi" və Britaniyanın GSK şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti 10 avrodan az olacaq.

Press.az xəbər verir ki, bu barədə "Sanofi"inin rəhbəri Olivye Bojiyo bildirib.

Onun sözlərinə görə, hazırda korporasiyalar bütün istehsal xərclərini araşdırırlar.

Bojiyo əlavə edib, fransızlar vaksini amerikalılar və Avropanın başqa ölkələrinin sakinləri ilə eyni vaxtda alacaqlar. "Biz yayda amerikalılarla müqavilə imzaladıq, həmin vaxt bu, avropalılar, o cümlədən britaniyalılarla da imzalanıb", - o deyib.

Vaksinin 100 milyon dozası ABŞ-a, 300 milyonu isə Avropaya göndəriləcək. Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp amerikalılara noyabrın 1-dək yerli vaksininin yaradılacağını söz verib.

Oxşar xəbərlər
OTACI
OTACI