logo
First slide

Qriqorçukun yeni iş yeri müəyyənləşdi - Rəsmi

06 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşib.

Press.az xəbər verir ki, 55 yaşlı mütəxəssis Belarusun “Şaxtyor” (Soliqorsk) klubunu çalışdıracaq.

 Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb. 

Qriqorçukun məşqçilər korpusunda Andrey Qluşenko (qapıçılar üzrə məşqçi), Anatoli Korotya (məşqçi-analitik) və Mixail Savkanın (məşqçi) yer alacağı bildirilib.
 
Qeyd edək ki, Qriqorçukun son iş yeri Qazaxıstan “Astana”sı olub. O, 2015-2018-ci illər aralığında “Qəbələ”ni çalışdırıb.

Oxşar xəbərlər
OTACI
OTACI