Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Koronavirusun mutasiyası: Xəstəliyi daha yüngül keçirməyə imkan verir...

05 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Alimlər koronavirusun xəstəliyi daha yüngül keçirməyə imkan verən yeni variantını kəşf ediblər.

Press.az e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı Sinqapurda araşdırma aparılıb. Koronavirusun yeni variasiyasına yoluxan insanlarda qanda oksigenin azalması və reanimasiyaya ehtiyac duyulması kimi klinik nəticələrin faizinin daha  aşağı olduğu görünüb. Virusun yeni variasiyasının genomunda 382 nukleotid aşkarlanıb.

Yeni dəyişikliyin aşkarlandığı araşdırmanın Sinqapurun müxtəlif təşkilatlarından, o cümlədən Beynəlxalq İnfeksion Xəstəliklər Mərkəzi, Duke-NUS Tibb Məktəbi, Elm, Texnologiya və Araşdırma Agentliyi də daxil olmaqla bir qrup mütəxəssis tərəfindən edildiyi bildirilib. Qeyd olunub ki, bu araşdırma SARS-CoV-2-də müşahidə olunan genetik dəyişikliyin (mutasiya) xəstələrdə xəstəliyin şiddətinə təsir etdiyini sübut edir.

Alimlər, covid-19-un müalicəsi və peyvəndinin tapılıması üçün bu araşdırmanın nəticələrindən faydalanacaqlarını deyiblər.

Bəzi mütəxəssislər virusların daha çox insana yoluxaraq mutasiyaya uğradıqca daha az ölümcül olduğunu ifadə edirlər.

Oxşar xəbərlər
OTACI