Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“İçərişəhər” Muzey Mərkəzi sentyabr ayının 1-dən etibarən muzeyləri və ekspozisiyaları açıq elan edir - FOTO

02 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İçərişəhər” Muzey Mərkəzi sentyabr ayının 1-dən etibarən muzeyləri və ekspozisiyaları açıq elan edir.

Press.az xəbər verir ki, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, Bəylər məscidi, Sıratağlı Dini Memarlıq Kompleksi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu Sizin yolunuzu gözləyir!

Bakı Xan Sarayı Kompleksi ərazisində yerləşən XVII əsrə aid Yeraltı hamamda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2016-2018-ci illərdə arxeoloji təmizləmə işləri, 2018-2019-cu illərdə isə Avstriyanın məşhur “Atelier Erich Pummer” şirkətinin mütəxəssisləri tərəfindən bərpa və konservasiya işləri aparılmışdır.

Respublika prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın açılışında iştirak etdiyi Yeraltı hamamı görməyə Siz də tələsin! İçərişəhər SİZİ - ona dəyər verənləri, tarixini sevənləri səbirsizliklə gözləyir!

DİQQƏT! Muzeylərə beş nəfərədək qruplar buraxılacaq. Tibbi maskalardan istifadə mütləqdir!

Oxşar xəbərlər
OTACI