logo
First slide

Akademik Musiqili Teatr yeni mövsümü videokonfransla açdı

02 Sep 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Akademik Musiqili Teatr yeni mövsümü videokonfransla açdı

Press.az xəbər verir ki, 111-ci teatr mövsümünə qədəm qoyan Azərbaycan Dövlət Akademik Musiqili Teatrı bu münasibətlə rəsmi məzuniyyətini başa vuran bütün əməkdaşları ilə geniş tərkibdə videokonfrans keçirib.

Onlayn toplantını giriş sözü ilə açan teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə ​dövlət tərəfindən tətbiq edilən sosial izolyasiya tədbirləri barəsində ətraflı məlumat verib.

Bundan sonra da Akademik Musiqili Teatrın fəaliyyətinin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara uyğun olaraq davam etdiriləcəyini bildirən Ə. Lalayev yaradıcı heyəti yaranmış fasilədən səmərəli şəkildə faydalanmağa, ötən mövsümdə teatrın yarımçıq qalan onlayn layihələrində davamlı olaraq aktiv iştirak etməyə çağırıb. Daha sonra virtual görüşdə iştirak edən aktyorlar, balet artistləri, xor truppasının, orkestr heyətinin üzvləri karantin rejiminin ilk günlərindən indiyə qədər reallaşdırılan layihələrdə iştirakları barədə ətraflı hesabat veriblər.

Toplantıda eyni zamanda sentyabrın 18-də Milli Musiqi Günü və dahi bəstəkar Üzeyir Hacıbəylinin 135 illik yubileyi münasibətilə virtual tədbirin keçirilməsi də qərara alınıb.

Oxşar xəbərlər
OTACI
OTACI