Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıxanovun evi uçmaq üzrədir - FOTO

28 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Abbasqulu ağa Bakıxanovunevi ətrafında ziddiyyətli vəziyyət yaranıb.

Alim-tarixçinin yaşadığı ev Əmircan qəsəbəsində yerləşir və yarasız hala düşməkdədir. Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli açıqlamasında bildirib ki, həmin ev dövlət tərəfindən mühafizə olunan tarix-mədəniyyət abidələrinin siyahısında yer almayıb.

Qurumun rəsmisi evin bərpası barədə də söz açıb. O qeyd edib ki, qanunvericiliyə uyğun olaraq şəxsi mülkiyyətdə olan və tarix-mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülən abidələr müvafiq dövlət orqanı ilə razılaşdırılmaq şərti ilə mülkiyyətçi tərəfindən təmir-bərpa olunmalıdır.

Trend

Oxşar xəbərlər
OTACI