Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiqləndi

14 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının tərtib edilməsi Qaydası” təsdiq edilib.

Press.az-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, Mərkəzi Bank ipoteka kağızının elektron sistemi fəaliyyətə başlayana qədər dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları barədə sənədlərin və elektron formada olan məlumatların 6 (altı) ay müddətində İqtisadiyyat Nazirliyinə verilməsini təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

İqtisadiyyat Nazirliyi dövriyyədə olan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları, habelə həmin ipoteka kağızlarında dəyişiklik edilməsi və onlara xitam verilməsi barədə məlumatların ipoteka kağızının elektron sistemində yerləşdirilməsini təmin etməlidir.

Qərar müvafiq elektron sistemin fəaliyyətə başlaması ilə eyni gündə qüvvəyə minir.

Oxşar xəbərlər
OTACI