Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN “Qanun” nəşriyyatından video yaydı

14 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi “Qanun” nəşriyyatında çalışan şəxslərin xüsusi karantin qaydalarını pozduğuna dair video yayıb.

Press.az bildirilir ki, qapalı məkan olmasına baxmayaraq, işçilər tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni maskalardan istifadə etmirlər.

Qeyd edək ki, bir neçə saat əvvəl “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Çevik Polis Alayı əməkdaşlarının qapalı məkanlarda tibbi maskadan istifadə olunub-olunmamasına nəzarət üçün mətbəəyə girməsinə və çəkiliş aparmalarına etiraz edib. O, bununla bağlı həmin polis əməkdaşları ilə söhbətini videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.

Oxşar xəbərlər
OTACI