Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

UEFA milli komandaların yarışı ilə bağlı qərar verdi

13 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

UEFA 19 yaşlı futbolçulardan ibarət yığma komandalar arasında keçirilməli olan Avropa çempionatının pley-off matçlarını 2021-ci ilədək təxirə salıb.

Press.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə İcraiyyə Komitəsi qərar verib. Belə ki, 2020-ci ilin oktyabr ayında baş tutmalı olan görüşlərin vaxtı 2021-ci ilin oktyabrına dəyişdirilib. UEFA  bu cür oyunların azaldılması barədə qərar qəbul edib.

Beləliklə, 19 yaşlı futbolçulardan arasında Avropa çempionatının 13 mini-turnirdən ibarət seçmə mərhələ qarşılaşmaları 2021-ci ilin mart ayında keçiriləcək.

Bundan əlavə elit-raund mərhələsi 14 yığma komandanın iştirak edəcəyi və 2021-ci ilin may ayında baş tutacaq pley-off oyunları ilə əvəzlənib. Turnirin final mərhələsi öncədən planlaşdırıldığı kimi növbəti ilin iyul ayında Rumınyada keçiriləcək.

Həmçinin  17 yaşadək futbolçular arasında AVRO-2021-in keçirilməsində də dəyişiklik edilib. Yarışın seçmə mərhələ görüşləri mart ayının sonunadək oynanılacaq. Bildirilir ki, sözügedən çempionat da 13 mini-turnir formasında təçkil olunacaq. Turnirin elit-raund mərhhələsi ləğv edilib. 13 qrup qalibi və 2 seçilmiş komanda 2021-ci ilin mayında Kiprdə keçirilməsi nəzərdə tutulan final mərhələsinə vəsiqə əldə edəcək.

Qərarlar UEFA-nın quruma üzv olan 55 milli assosiasiya ilə məsləhətləşməsindən sonra qəbul olunub. Bu qərarlar federasiyaların əlavə əməliyyat və maliyyə yükünün azaldılması ilə əlaqədar atılıb.

U-17 (qızlar)
- Təsnifat mərhələsi 2021-ci il fevralın sonunda keçiriləcək (12 mini-turnir)
- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
- Play-off mərhələsi (14 komanda) 2021-ci il martın sonunda keçiriləcək
- Final turniri təqvimə uyğun olaraq (Farer adaları, may 2021-ci il)

U-19 (qızlar)
- Təsnifat mərhələsi 2021-ci il fevralında keçiriləcək (12 mini-turnir)
- Elit-raund ləğv olunur və play-off oyunları ilə əvəzlənir
- Play-off mərhələsi (14 komanda) 2021-ci il aprelində keçiriləcək
- Final turniri təqvimə uyğun olaraq (Belarus, iyul 2021-ci il)

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI