Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil İnstitutu: Ənənəvi təhsilə qayıtmağı düşünmürük

13 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Ənənəvi təhsildən danışanda heç də əvvəlki ənənəvi təhsilə qayıtmağı düşünmürük”.

Press.az-ın APA-ya istinadən məlumatına görə, bunu Təhsil İnstitutunun direktor əvəzi Anar Nağıyev deyib. Onun sözlərinə görə, nəzərə alınmalıdır ki, qlobal şəkildə pandemiya şəraitindəyik:

“Bu vəziyyət hansısa kəndin pandemiyadan sığortalı olduğuna gətirib çıxarmır. Bütün hallarda təklifimiz ondan ibarətdir ki, vəziyyətdən asılı olaraq hibrid təhsil sisteminin, yəni distantla ənənəvi təhsil sisteminin qarışıq növlərinə yanaşaq”.

A. Nağıyev deyib ki, səsləndirilənlər yalnız təklifdir.  Direktor əvəzinin sözlərinə görə, yekun qərar Nazirlər Kabineti yanında Operativ Qəraragahın qərarlarına əsasən veriləcək:

“Biz sadəcə düşünürük ki, indiki şəraitdə ali təhsil sisteminin ənənəvi formada geriyə dönməsi mümkün deyil. Burada çoxlu fakt var. Ən inkişaf etmiş ölkələrdə belə, məsələn, ABŞ-da ali təhsilin hətta bütün il üçün məsafədən təşkil olunacağını elan ediblər".

Oxşar xəbərlər
OTACI