Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hulusi Akar: “Sonadək Azərbaycanın yanındayıq”

13 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Xocalıda bütün dünyanın gözü qabağında soyqırımı törədən, Dağlıq Qarabağı işğal edən Ermənistana qarşı bütün imkanlarımızla Azərbaycanın, azərbaycanlı silahlı yoldaşlarımızın sonunadək yanındayıq. Azərbaycan yalnız deyil”.

Press.az “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovla təlimlərdə iştirak edənləri təbrik edən H.Akar bunları bildirib:

“İkinci vətənimiz Azərbaycanda olmaqdan mən və dostlarım böyük məmnuniyyət hissi duyuruq”.

“İki ayrı dövlət olsaq da eyni millətin övladlarıyıq. Bizim tariximiz, dilimiz, dinimiz, mədəniyyətimiz birdir. Canımız bir, qanımız birdir. Bir ananın iki oğlu olan Türkiyə və Azərbaycan arasındakı münasibətlər gerçək qardaşlıq münasibətləridir. İki bədəndə bir can olan bu qardaşlığıız bizim üçün vaz keçilməzdir”, - o əlavə edib.

Türkiyəli nazir Tovuzda şəhid olan hərbçiləri rəhmət və ehtiramla yad edərək çıxışını “Hamınız sağ və salamat qalın” ifadələri ilə bitirib.
 

Oxşar xəbərlər
OTACI