Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Aprel şəhidi haqqında sənədli film çəkilir - FOTO

13 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Babək Abidovun həyat və döyüş yolundan bəhs edən sənədli film çəkilir.

Sənədli filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Şabran rayonunun Zeyvə kəndində həyata keçirilir. Filmdə şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları onunla bağlı xatirələrini bölüşüb.

“Aprel Qəhrəmanı” adlı 30 dəqiqəlik ekran işinin “ARB Media Qrup”a daxil olan “ARB Günəş” də yayımlanması nəzərdə tutulub.

Filmin sentyabr ayının sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.

Filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatorları Rizvan Hacıyev və Mais Allahverdiyevdir.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Babək Abidov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.

Baku.ws

Oxşar xəbərlər
OTACI