Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakını tərk etmək istəyən COVID-19 xəstəsi postda tutuldu

13 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yaşayış yerini tərk edərək, digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə yaradan virusa yoluxmuş daha bir nəfər məsuliyyətə cəlb edilib.

Bu barədə Press.az-a Daxili İşlər Nazirliyi məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə COVID-19 infeksiyasına yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydalarını pozaraq, idarə etdiyi “Mercedes” markalı avtomobillə Bakı şəhərindən Şamaxı rayonu istiqamətində hərəkət edərkən Bakı-Şamaxı yolunun 31-ci kilometrliyində xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postda saxlanılıb.

Polis əməkdaşları onu Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil veriblər.

Oxşar xəbərlər
OTACI