Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Uruqvay millisinin üzvü "Fənərbaxça"da

12 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Press.az xəbər verir ki, “sarı-lacivərtlər” “Las Palmas”ın icarə əsasında “Sassuolo”da oynayan müdafiəçisi Maurisio Lemosun keçidi üçün razılıq əldə edib.

Bunu İspaniya klubunun prezidenti Migel Anxel Ramirez açıqlayıb. O, transfer üçün “Fənərbaxça” ilə hərtərəfli razılığa gəldiklərini deyib.

İstanbul təmsilçisinin uruqvaylı oyunçuya görə “Las Palmas”a 3 milyon avro ödəyəcəyi bildirilib. Keçidin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 2016-cı ildə “Las Palmas”a transfer olunan 24 yaşlı futbolçu 2018-ci ildən icarəs əsasında “Sassuolo”da oynayır. O, 2017-ci ildən Uruqvay millisinə dəvət alır.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI