logo
First slide

Hansı oyuncaqları qətiyyən almamalıyıq? - Psixoloqdan VACİB MƏSLƏHƏT

11 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Uşağa çox oyuncaq almağın zərərləri varmı? Oyuncaq seçimində nələrə diqqət etməliyik?

İndi bu cür suallar təəssüf ki, çox az valideyni düşündürür. Halbuki övladlarımızın gələcək həyatının necəliyini məhz bu cür xırda görünən amillər şəkilləndirir. Buna görə də övladlarımızla bağlı atdığımız hər addımda həssas, diqqətli olmalıyıq.

Bilirik ki, 2-3 yaşdan etibarən uşaqlar oyuncaqları kəşf etməyə başlayırlar. Tədricən oyuncaqlarla davranışı və necə oynamalı olduqlarını öyrənirlər. Bəzən isə onları qırırlar, hətta ağızlarına salırlar. Qısaca desək, yəni oyuncaqlar uşaqların xəzinəsidir. Onların inkişafına müsbət təsir edir, ətraf aləmi daha yaxşı anlamağa başlayırlar. Lakin hər şeyin çox olması fəsad yaratdığı kimi, oyuncağın çoxluğu da körpələrdə bəzi mənfi davranışların yaranmasına səbəb olur.

Bəzən valideynlər uşağın istədiyi hər oyuncağı alır və düşünür ki, uşaqdı, oynamaq istəyir. Amma burada diqqət etməli olduqları bəzi önəmli məqamlar var. İstədikləri hər oyuncağın alınması onlarda mənfi davranışların yaranmasına səbəb olur. Bunlara aiddir:

1. Diqqətin dağılması və diqqət cəmlənməsində problem

2. Ruhsal doyum yaşamasına yaranan maneə

3.Tez əldə etmək duyğusu (Çətinlik çəkmədən nəyisə əldə etmək)

4. İnad, əsəb, narahatlıq duyğusunun yaranması

Oyuncaqlar bu sadalanan problemlərin hər birinin başlıca səbəbi ola bilər.

Valideyn elə oyuncaq almalıdır ki, uşaq onunla oynayanda əziyyət çəkib nəticə çıxarmağı öyrənsin. Çünki uşaq hazıra öyrəndikcə əziyyət çəkməyin nə demək olduğunu bilmir. Daim çalışır ki, hər şeyi hazır əldə etsin. Bundan başqa, hazır oyuncaqların heç biri uşağın inkişafına təsir etmir. Ancaq bunun əksinə olaraq, kiçik metodika tələb edən oyunlar və oyuncaqlar düşünməyi məcburi hala gətirdiyi üçün uşaqların inkişafına çox böyük ölçüdə təsir edir.

Fərqanə Mehmanqızı,

MF İnkişaf Akademiyasının rəhbəri, psixoloq

Oxşar xəbərlər
OTACI
OTACI