logo
First slide

Rusiya-Azərbaycan sərhədində gözləyən soydaşlarımız bu gün vətənə qayıdır

11 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiya-Azərbaycan sərhədində - Kullar kəndi yaxınlığında 700-dən çox insan rəsmi müvəqqəti postda və çadır düşərgəsində vətənə qayıtmağı gözləyir.

Həftə ərzində sərhədlərin açılmasını gözləyən azərbaycanlıların sayı iki dəfədən çox artıb.

“Kafkazskiy Uzel” xəbər verir ki, bunu azərbaycanlıların yerli təşkilatının nümayəndəsi Afiq Allahverdiyev bildirib.

Dağıstanın Kullar kəndi yaxınlığındakı müvəqqəti yaşayış mərkəzinin sakinləri hər həftə qruplarla, adətən, çərşənbə axşamı evlərinə göndərilirlər. Avqustun 4-də 160 nəfər Azərbaycana qayıda bilib.

A.Allahverdiyevin sözlərinə görə, növbəti qrupun Azərbaycana göndərilməsi bu günə planlaşdırılıb:

“Siyahılar artıq tərtib olunub, amma kimlərin ora daxil olduğu hələ məlum deyil. İnsanların adları hələ açıqlanmayıb”.

O qeyd edib ki, çadırda kifayət qədər yer olmadığı üçün insanlar ətrafda tərk edilmiş binalarda yerləşirlər və ya küçədə yaşayırlar. Qadın və uşaqlara üstünlük verilir, onlar dərhal çadırda yerləşdirilirlər.

Rəsmi çadır düşərgəsində 360 nəfər var ki, onlardan 16-sı qadındır.

Oxşar xəbərlər
OTACI
OTACI