Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Balakəndə karantin qaydalarını pozan obyekt sahibi cərimələnib

11 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində karantin rejiminin tələblərinə riayət etməyən restoran müəyyən edilib.

Bu barədə Press.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayonun Katex kəndində yerləşən “Fontan” restoranında masaların bir-birinə yaxın qoyulduğu, müştərilərin sosial məsafə gözləmədən əyləşdikləri aşkarlanıb. Tətbiq edilən qaydalara əməl etməyən obyekt sahibi Ruslan Osmanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək, o, 3 min manat cərimələnib.

Oxşar xəbərlər
OTACI