Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Keşlə"nin oyunu neytral zonada keçirilə bilər

11 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Keşlə"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Laçi" ilə oyunu neytral zonada keçirilməsi ehtimalı var.

Press.az xəbər verir ki, bu barədə  Albaniyanın  klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib. O, koronavirusla bağlı  Azərbaycana girişə məhdudiyyətlə əlaqədər ölkəmizdə  oynayıb-oynamayacaqlarını hələ bilmədiklərini söyləyib: "Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və ondan sonra səfərlə bağlı qərar verəcəyik".

Klub rəsmisi "Keşlə" səddini keçəcəklərinə inandığını bildirib: "Bizim üçün adi oyun olacaq.  Meydan amili matça təsir etməyəcək. Çünki görüş azarkeşsiz oynanılacaq. Düşünürəm ki, bu səbəbdən evdə və ya səfərdə oynamağın fərqi yoxdur. Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. Komandamız yaxşı keyfiyyətlərə malikdir. Komandaya inanıram. Növbəti mərhələyə keçəcəyimizi düşünürəm.

N.Halili deyib ki, “Keşlə”ni az da olsa tanıyır: "İki il əvvəl Mladen Milinkoviç orada işləyirdi və bəzi matçlarını izləmişəm".

Qeyd edək ki, UEFA-nın püşkünə əsasən, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.

Xatırladaq  ki, dörd klubumuzun da Avrokuboklarındakı bir oyundan ibarət matçları Azərbaycanda keçirilməlidir. Avroliqada oyunlar avqustun 27-də gerçəkləşəcək. Lakin mövcud qaydalara əsasən, bir şəhər eyni gündə turnirin iki oyununu qəbul edə bilməz. Ona görə də istisna deyil ki, komandalarımızdan birinin iştirakı ilə oyun ya digər şəhərdə keçirilsin, ya da başqa gün təşkil olunsun.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI