Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda yoxlama oyunları qapalı olacaq

10 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Premyer Liqasında çıxış edən klubların yoxlama oyunları qapalı keçiriləcək.

Press.az xəbər verir ki, bu barədə PFL-in yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, sınaq matçlarında iki komandadan başqa digər şəxslərin iştirak etməməyi qərara alınıb: "Yeni mövsümlə bağlı bir sıra işlər görülür, Əsasnamə və COVID-19 pandemiyası ilə əlaqədar olaraq Əsasnaməyə əlavə yazılır, oyunlarda iştirak edəcək şəxslərin sayı müəyyənləşdirilir. Artıq 2020/2021 mövsümüylə bağlı son tamamlanma işləri görülür. Təbii olaraq komandalar yeni mövsümün başlamasına görə yoxlama görüşləri keçirməyi planlaşdırır. Yeni mövsümlə bağlı bəzi məsələlər tam yekunlaşmadığına görə yoxlama oyunlarında iki komandadan başqa digər şəxslərin iştirak etməməyi qərara alınıb. Yoxlama oyunları mətbuat nümayəndələri üçün qapalı olacaq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası avqustun 21-də start götürəcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI