Belarusun hazırki Prezidenti Aleksandr Lukaşenko 9 avqustda baş tutan prezident seçkilərinin ilkin nəticələrinə görə, 82 faiz səslə rəqiblərini üstələyir.
Press.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Belarus Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
MSK bildirib ki, hazırda 5 regionda səslər sayılıb.
Qeyd edək ki, ekzit-polların nəticələrinə görə, Lukaşenko 79,7 faiz səslə seçkidə qalib gəlib.