Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Avropa Liqasında yeni mövsümün ilk püşkü atıldı

09 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün Avropa Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

Press.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən tədbirdə ilkin mərhələnin cütləri müəyyənləşib. Aşağı reytinqli ölkələrin 16 komandası 8 cüt təşkil edib.

Qeyd edək ki, klublarımız “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın mübarizəyə qoşulacağı 1-ci təsnifat mərhələsinin püşkü sabah atılacaq.

Avropa Liqası

2020/21 mövsümünün ilkin mərhələsi

“Tre Penne” (San-Marino) - “Qjilani” (Kosovo)

“Linkoln” (Cəbəllütariq) - “Priştina” (Kosovo)

“Santa Koloma” (Andorra) - “İskra” (Monteneqro)

“Enqordan” (Andorra) - “Zeta” (Monteneqro)

“Qlentoran” (Şimali İrlandiya) – “Torshavn” (Farer adaları)

“Cent Cozefs” (Cəbəllütariq) - B-36 (Farer adaları)

“Kolreyn” (Şimali İrlandiya) - “La Fiorita” (San-Marino)

“Runavik” (Farer adaları) - “Barri Taun” (Uels)

Bir oyundan ibarət ilkin mərhələnin matçları avqustun 20-də keçiriləcək.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI