Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İranda güclü zəlzələ olub

09 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Gilan Qərb rayonu ətrafında 5,1 bal gücündə zəlzələ baş verib.

Press.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 13:46-da 8 km dərinlikdə qeyd alınıb.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.

Gilan Qərb şəhəri (29 km), Qəsr Şirin şəhəri (30 km) və Sərpol Zəhab şəhəri (32 km) zəlzələnin baş verdiyi əraziyə yaxın şəhərlərdir.

Oxşar xəbərlər
OTACI