Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qalatasaray" "Mançester Siti"də oynamış futbolçu ilə anlaşdı

09 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Qalatasaray" klubu Norveç millisinin üzvü Omar Elabdellaouini heyətinə qatır.

Press.az xəbər verir ki, bu barədə sağ cinah müdafiəçisi özə açıqlama verib.

28 yaşlı futbolçu bildirib ki, "Olimpiakos"dan "Qalatasaray"la anlaşdığı üçün ayrılıb:

"Olimpiakos"dan ayrılmaq çətin idi. Mənim komandada saxlamağa çalışdılar. Onlara təşəkkür edirəm. Amma "Qalatasaray"dan imtina edə bilməyəcəyim təklif aldım və getmək qərarına gəldim".

Omar Elabdellaouinin tezliklə İstanbula gələrək rəsmi müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, Omar Elabdellaoui peşəkar karyerasına "Mançester Siti"də başlayıb (2011-2013). Müdafiəçi 2011-ci ildə Norveçin "Stromsqodset", 2012-ci ildə Niderlandın "Feyenoord", 2013-cü ildə Almaniyanın "Ayntraxt" (Braunşveyq) klublarına icarəyə verilib. 2013-cü ildə "Ayntraxt"a transfer olunan futbolçu bir il sonra "Olimpiakos"a üz tutub. O, 2017-ci ildə "Hall Siti"yə icarəyə verilib.

2013-cü ildən Norveç millisinə dəvət alan 28 yaşlı futbolçu 44 oyunda meydana çıxıb.

Fanat.az

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI