Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Barselona" və "Bavariya" 1/4 finalda - Yenilənib

09 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Press.az xəbər verir ki, keçirilən iki cavab oyunu ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşib.

İspaniyada "Barselona" İtaliya "Napoli"sini (ilk matç 1:1), "Bavariya" isə səfərdə 3:0 hesabı ilə məğlub etdiyi "Çelsi"ni qəbul edib.

Hər iki görüşdə meydan sahibləri qələbə qazanaraq növbəti mərhələyə yüksəliblər.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

8 avqust

23:00. "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) - 3:1

Qollar: Lenqret, 10 (1:0), Messi, 23 (2:0), Suares, 45+1-pen. (3:0), İnsiqne, 45+5-pen. (3:1)

İlk oyun - 1:1

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 4:1

Qollar: Levandovski, 10-pen. (1:0), Preşiç, 24 (2:0), Abraham, 44 (2:1),  Tolisso, 76 (3:1), Levandovski, 84 (4:1)

İlk oyun - 3:0

Qeyd edək ki, artıq  "Mançester Siti" (İngiltərə),  "Lion" (Fransa),  "Leyptsiq" (Almaniya), PSJ (Fransa), "Atletiko" (İspaniya) və "Atalanta" (İtaliya) 1/4 finala  vəsiqə qazanıblar.

Çempionlar Liqasının qarşılaşmaları növbəti mərhələdən "8-lər finalı" formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI