Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənilər Gürcüstanı biri-birinə vurdu - 5 BİNA YANDIRILDI - FOTO - VİDEO

09 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanda ermənilərin yığcam yaşadıqları Axalkalaki şəhərində iğtişaşlar törədilib.

Press.az “JNEWS”a istinadən xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup şəxs Axalkalakidə yerləşən üç ev və bir mehmanxananı yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu deyilir.

İğtişaşlar zamanı bir nəfərin öldüyü, bir nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub. 

Axalkalaikdə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.

 

Oxşar xəbərlər
OTACI