Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sumqayıt sakini faciəli şəkildə öldü

08 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sumqayıtda 24 yaşlı gənc faciəli şəkildə ölüb. 

Press.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə şəhərin Beşinci məhəlləsində baş verib. 

Belə ki, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb. 

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. 

O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb. 

Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər
OTACI