Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dərman preparatları və siqaretlər aşkar edildi

08 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qərb Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə dərman preparatlarının və siqaretlərin ölkə ərazisinə gömrük nəzarətindən gizli yolla gətirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən Press.az-a məlumat verilib.

Hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.

Gürcüstan istiqamətindən respublikamıza daxil olan "Mercedes Benz" və "Ford" markalı avtomobillərə gömrük baxışı həyata keçirilib. Bu zaman nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən 200 həb, 40 flakon müxtəlif adda dərman preparatları və 3000 ədəd "Marlboro" markalı siqaret aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

 

Oxşar xəbərlər
OTACI