Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Yuventus" Sarrini istefaya göndərdi

08 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Yuventus" az əvvəl baş məşqçisi Maurisio Sarrini istefaya göndərməsi ilə bağlı rəsmi açıqlama yayıb.

Press.az klubun saytına istinadən xəbər verir ki, rəsmi açıqlamada 61 yaşlı mütəxəssisə kluba ölkə çempionluğu yaşatdığı üçün təşəkkür edilib.

Qeyd edək ki, Sarri 2019-cu ilin yayından Turin təmsilçisini çalışdırırdı.

***

"Yuventus"un baş məşqçisi Maurisio Sarri tezliklə vəzifəsini tərk edəcək.

Press.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisinin rəhbərliyi 61 mütəxəssisi istefaya göndərməyə qərar verib. Klubun tezliklə bu qərarı rəsmən açıqlayacağı gözlənilir.

Komandanın Çempionlar Liqasının 1/8 finalında "Lion" səddini keçə bilməyərək (0:1, 2:1) mübarizəni dayandırdırmasından sonra Sarri ilə yolları ayırmaq qərarına gəlinib.

Qeyd edək ki, "Yuventus" İtaliya çempionatında 2019/2020 mövsümünün qalibi olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI