Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AzTU daha 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq

08 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avropa İttifaqının (Aİ) Erasmus+ proqramı çərçivəsində növbəti müsabiqənin qalibləri məlum olub.

Press.az xəbər verir ki, nəticələrə əsasən, 2021-24-cü illərdə icra ediləcək altı layihənin ikisində Azərbaycan Texniki Universiteti (AzTU) tərəfdaş kimi iştirak edəcək. Beləliklə, AzTU 2021-ci ildən 2 yeni Erasmus+ KA2 layihəsinin icrasına başlayacaq.

Birinci layihə “Azərbaycanda Rektorlar Şurasının yaradılması” - ECAR milli layihə olmaqla təhsilin beynəlmilliləşməsi, həmçinin rəqəmsal və innovativ iqtisadiyyatda ali məktəblərin rolunu artırmaq məqsədilə universitetlərarası əlaqələrin təmin olunmasına dəstək verəcək. Layihədə Avropadan ümumilikdə 5 təşkilat iştirak edəcək. Azərbaycan isə AzTU da daxil olmaqla 15 ali məktəblə təmsil olunacaq. Layihənin koordinatoru Bakı Biznes Universitetidir.

AzTU-nun iştirak edəcəyi digər Erasmus+ KA2 isə “Səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və peşə magistri hazırlığı" - LMQS layihəsidir.

Yunanıstanın Qərbi Attika Universitetinin koordinatorluğu ilə reallaşacaq layihədə Azərbaycan AzTU, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı , Milli Onkologiya Mərkəzi və Naxçıvan Dövlət Universiteti ilə təmsil olunur.

Layihədə Rusiyanın 5, Qazaxıstanın 7 universiteti və Səhiyyə Nazirliyi də iştirak edir.

Oxşar xəbərlər
OTACI