Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xaçmazda karantin qaydalarına riayət edilməsi ilə bağlı reyd keçirilib

07 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarına riayət edilməsinə, eləcə də rayon ərazisində yerləşən çimərliklərdə Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunmasına ciddi nəzarət edirlər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Press.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən mütəmadi olaraq çimərliklərdə reydlər keçirilir, istirahətə gələn vətəndaşlara izahedici söhbətlər aparılır, onlara sosial məsafənin saxlanılmasının vacibliyi bildirilir.

Həmçinin polis əməkdaşları tərəfindən rayon ərazisində, eləcə də qapalı məkanlarda tibbi maskadan istifadə etməyənlərə qarşı reydlər keçirilib.

Reyd zamanı bir neçə sakinin tibbi maskadan istifadə etmədiyi aşkarlanıb.

Bundan əlavə DYP bölməsinin əməkdaşları rayon ərazisində sərnişindaşıma ilə məşğul olan taksi sürücüləri ilə də profilaktiki söhbətlər apararaq, onlara nəqliyyat vasitələrində şəffaf arakəsmədən istifadə etmələrini, sərnişinləri isə arxa oturacaqlarda əyləşdirməyi bildiriblər.

Oxşar xəbərlər
OTACI