Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zərdabda qanunsuz odlu silah saxlayan şəxs saxlanılıb

07 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Zərbad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilməsi məqsədi ilə növbəti əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Press.az-a verilən məlumata görə, rayonun Çallı kəndində yaşayan İsa İsayev qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətirilib.

Onun kənd ərazisində yerləşən fermasındakı yaşayış yerinə baxış zamanı 1 ədəd təhlükəli “İJ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb. Araşdırma zamanı İ.İsayevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab  Rayon Polis Şöbəsində araşdırma aparılır.

Oxşar xəbərlər
OTACI