Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Azərişıq”da kadr dəyişikliyi olub

07 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərişıq” ASC-nin Mingəçevirdə yerləşən “Mərkəzi Aran” Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Saleh Abdullayev vəzifəsindən azad edilib.

Press.az xəbər verir ki, "Report”un əldə etdiyi məlumata görə, onun yerinə Abbas Quliyev təyin olunub.

A.Quliyev bu təyinada qədər Nərimanov Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi olub.

Xatırladaq ki, “Mərkəzi Aran” RETSİ-yə Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Naftalan, Goranboy, Kürdəmir, Ucar, Ağsu, Göyçay və Ağdaş rayonlarının Elektrik Şəbəkələri (EŞ) daxildir.

Oxşar xəbərlər
OTACI