Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ardanın “Qalatasaray”la müqaviləsinin detalları – Gəliri...

07 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Qalatasaray” yeni transferi Arda Turanın müqavilə müddətini və onun gəlirini açıqlayıb.

Press.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik sözləşmə imzalanıb.

İstanbul təmsilçisi 2020-2021 mövsümündə Ardaya 4 milyon TL (təqribən 567 min avro) məvacib verəcək. Təcrübəli futbolçu bu müddətdə Avropa Liqası və Superliqada oyunların yarısından çoxunda ilk 11-likdə olsa, müqaviləsi avtomatik olaraq daha bir il uzadılacaq. Bu baş versə, o, gələn mövsüm 5 milyon TL (təqribən 583 min avro) məvacib alacaq.

Xatırladaq ki, “Atletiko” və “Barselona”da da çıxış etmiş Arda “Qalatasaray”ın yetirməsidir. O, 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI