Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Fast food”un içindən tibbi maska çıxdı - VİDEO

07 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniyada “fast food”un içindən tibbi maska çıxıb.

Sondakika.com xəbər verir ki, britaniyalı ailənin aldığı toyuq qızartmasının içində birdəfəlik tibbi maska olub.

Sifariş etdiyi yeməyi evə gətirən Laura Arber qızı Maddinin “fast food”u yedikdən sonra boğulduğunu və öskürdüyünü görüb. Bu zaman o, əlini uşağın boğazına salıb və oradan mavi maska qalığı çıxarıb. Sonra o, uşağın əlində qalan toyuq parçasının içində maskanı tapıb.

Restorana gedərək şikayət edəndə iaşə obyektinin rəhbərliyindən bildiriblər ki, bu qidalar başqa yerdə hazırlanır.

Arber jurnalistlərə bu barədə açıqlama verərək bildirib ki, bu cür qidalar baş vermiş hadisədən xəbərsiz olan insanlara satılmaqda davam edir. Onların da başına oxşar hadisə gələ bilər.

Oxşar xəbərlər
OTACI