Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ürəyi məhv edən qidalar açıqlandı - Hər gün yeyirsiz

07 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Rusiyanın tanınmış kardioloqu, tibb elmləri namizədi Anna Koreneviç ürəyi zamanla məhv edən yüksək qlisemik indeksli zərərli ərzaqların siyahısını təqdim edir.

Press.Az medicina.az-a istinadən bildirir ki, reytinqə ağ qənd, şəkər rəhbərlik edir. Təkcə qəndi birbaşa yemək yox, şəkər qatılan bir çox qidalar, xəmir məmulatları da bura daxildir.

İkinci yerdə ağ çörək, ağ düyü, qənnadı məhsulları, paketlənmiş qidalardır. Menyuda bu ərzaqların çoxluğu ürək-damar xəstəliklərinə gətirib çıxarır.

Üçüncü yerdə duz gəlir. Onun sutkalıq norması 6 qramı aşmamalıdır.

Daha sonra alkoqol, fast food qidalar, trans yağlar və palma yağı gəlir.

Bu qidalarla böyüyən uşağın gələcəkdə 35 yaşından sonra ciddi ürək, qan damar xəstəlikləri başlayır.

Oxşar xəbərlər
OTACI