Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Cəlilabadda bələdiyyə və meşəlik ərazilərdə baş verən yanğın söndürülüb

06 Aug 2020 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Cəlilabad rayonunun Seyidbazar kəndi yaxınlığındakı bələdiyyə torpağında baş verən, sonradan yaxınlıqdakı meşəlik əraziyə keçən yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumlarının əməkdaşları tərəfindən söndürülüb.

ETSN-nin mətbuat xidmətindən Press.az-a verilən məlumata görə, yanğın zamanı 2,5 hektar ərazidə böyürtkən, qaratikan kolları və quru ot örtüyü yanıb.

Nazirlik havaların isti və quraq keçməsi ilə əlaqədar bir daha əhalini təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

Oxşar xəbərlər
OTACI